Uluslararası Türk Dünyası Araştırmaları Dergisi

Uluslararası Türk Dünyası Araştırmaları Dergisi

BİDEL YARADICILIĞINDA HƏRF ƏSASLI POETİKA: ARXETİP VƏ BƏDİİ TƏXƏYYÜL

Yazarlar: Seadet SHİKHİYEVA

Cilt 1 , Sayı 2 , 2018 , Sayfalar 13 - 29

Konular:Sosyal

Anahtar Kelimeler:Bidel,Hərf,Məcaz,Təşbeh,Simvol,Ilk örnək

Özet: Zəngin ədəbi miras sahibi olan Bidelin şeirində hərflərin məcaz yaradıcılığında iştirakı qabarıq nəzərə çarpsa da, bu məcazlaşmanın yaradılması prosesi, ilk örnəyi və poetik interpretasiyaları, şairin məqsədi və s. indiyədək xüsusi araşdırılmamışdır. Bidelin şeirində hərf simvol və məcazlarının xüsusi bir yeri vardır və onun yaradıcılığının özünəməxsusluqlarından biri də  hərfin sözdəki yeri və malik olduğu yazılış şəklidir. Onun şeirində hərflər bəzən simvol, bəzən istiarə, bəzən isə təşbeh kimi çıxış edir. Bidel bəzən hərflərin say qarşılığını da vurğulamaqla şeiriyyətə yeni məzmunlar qazandırır və hərf-say münasibətinə fərdi xarakterli anlam çaları verə bilir. Bu məcazlaşma və hərf üzərində məzmun yaradıcılığı şairin hürufilik ədəbiyyatının ənənəsindən xəbərdarlığını göstərir. Bəzən isə hürufilik düşüncəsindən qaynaqlanan digər təriqətlərin (qələndərilik, səfəvilik və s.) ədəbi ənənəsindən təsirlənmə də müşahidə olunur. Bəzi hallarda bu hərf-məcazlar irfani düşüncə və klassik şeir ənənəsinə bələdliyin deyil, eyni zamanda poetik təxəyyülün gücünün də göstəricisi olur. Bidein şeirində hərf simvollarının düşüncə baxımından özülünü və yerini təhlil edərkən belə bir nəticəyə gəldik ki, o, təkcə farsdilli şairlərin deyil, türk şairlərin də divan yaradıcılığına bələd olmuşdur. Çünki onun şeirlərində yer alan bəzi beytlər Nəsimi, Əhmədi, Xətai, Füzuli və Xəyali bəyin şeiri ilə yaxından səsləşir. Bidelin şeirində nəzərə çarpan hərf simvol, məcaz və təşbehləri, bir tərəfdən, onun şeirini klassik fars və türk şeirinə bağlayır, digər tərəfdən, şair xəyalının vüsətindən soraq verir.


ATIFLAR
Atıf Yapan Eserler
Henüz Atıf Yapılmamıştır

KAYNAK GÖSTER
BibTex
KOPYALA
@article{2018, title={BİDEL YARADICILIĞINDA HƏRF ƏSASLI POETİKA: ARXETİP VƏ BƏDİİ TƏXƏYYÜL}, volume={1}, number={2}, publisher={Uluslararası Türk Dünyası Araştırmaları Dergisi}, author={Seadet SHİKHİYEVA}, year={2018}, pages={13–29} }
APA
KOPYALA
Seadet SHİKHİYEVA. (2018). BİDEL YARADICILIĞINDA HƏRF ƏSASLI POETİKA: ARXETİP VƏ BƏDİİ TƏXƏYYÜL (Vol. 1, pp. 13–29). Vol. 1, pp. 13–29. Uluslararası Türk Dünyası Araştırmaları Dergisi.
MLA
KOPYALA
Seadet SHİKHİYEVA. BİDEL YARADICILIĞINDA HƏRF ƏSASLI POETİKA: ARXETİP VƏ BƏDİİ TƏXƏYYÜL. no. 2, Uluslararası Türk Dünyası Araştırmaları Dergisi, 2018, pp. 13–29.