Elmi İş
Yazarlar: Səbinə Namiq qızı Cəfərova
Konular:-
DOI:10.36719/2663-4619/74/26-30
Anahtar Kelimeler:Newspaper,Children,Development,Nation,Education,Published,Azerbaijan,Məsələləri,Press,Övladlarını,Azərbaycanın,Awareness,Maarif,Akinchi,Istər,Təhsil,“Əkinçi”,Issues,Upbringing,Olunan
Özet: Milliətin tərəqqisi və milli şüurunun oyanması, özünüdərk prosesi və dünya sivilizasiyasının yeni tövhələrindən yaranmasında mətbuatın özünəməxsus yeri vardır. Azərbaycanın demokratik ruhlu pedaqoji ideyalarının inkişafın ilk mətbu orqan təməli 1875-ci ildə qoyulan “Əkinçi” qəzetinin yaranması ilə bağlı olmuşdur. “Əkinçi”nin meydana gəlməsi Azərbaycanın istər ictimai-siyasi, istər mədəni-maarif sahəsində vacib hadisələrdən biri hesab edilirdi. Azərbaycanda qəzet və jurnallarda da əsas aparıcı mövzu xalqın maarifləndirilməsi, mədəniyyət, təhsil, ailələrin müasir dövrün tələblərinə uyğun olaraq övladlarını tərbiyəsi, bu problemlərin mətbuatda işiqlandırılması məsələləri idi. Məqalədə “Əkinçi” qəzetində dərc olunan nəşrlərdə sosial quruluş, ailə münaqişələri, uşaqların təhsil səviyyəsinin aşağı olması məsələləri araşdırılır. Qəzetdə dərc olunan məqalələr uşaqları elmə səsləyir, valideynlərə övladlarını millətin, Vətənin gələcəyi naminə böyütmələri tövsiyə olunurdu.