Elmi İş
Yazarlar: Həqiqət Mahmud qızı Məmmədova, Fəxriyyə İbrahim qızı Cəfərova
Konular:-
DOI:10.36719/2663-4619/74/21-25
Anahtar Kelimeler:Language,Struggle,Mübarizə,Saflığı,Purity,People,Issues,Writers,Vahabzadeh,Dilimizin,Activity,Şairi,Vahabzadə,Uğrunda,Century,Məsələləri,Əsrin,Poet’s,Again,Azerbaijani
Özet: Bildiyimiz kimi, Azərbaycan dili dünyanın zəngin dillərindən biridir. Bu dili yaşadan xalqdır. Dilimizin saflığı uğrunda mübarizə bunu bir daha təsdiq edir. Qeyd edək ki, hər bir dövrdə dil məsələləri ilə məşğul olanların, mübarizə aparanların demək olar ki, hamısı yazıçılardır. XX əsrin sonu, XXI əsrin əvvəllərində də dilimizin saflığı uğrunda mübarizə davam etmiş, bir çox yazarlarımız bu mübarizənin önündə getmişlər. Bu ədiblərimizdən biri də xalq şairi Bəxtiyar Vahabzadədir. B.Vahabzadənin dilimizin saflığı ilə bağlı apardığı mübarizə danılmazdır. Şairin bir çox şeirlərində ana dilinin saflığının qorunması kimi məsələlər öz əksini tapır. Bəlkə də buna görədir ki, şairi “ədəbiyyatımızın ana dili şairi” adlandırıblar. B.Vahabzadə dili məxsus olduğu xalqın tarixini özündə yaşadan bir vasitə kimi qiymətləndirmiş, əsərlərində bunu təbliğ etmişdir. Şairin ədəbi-ictimai fəaliyyətinə nəzər yetirdikdə bir daha əmin olursan ki, bu çoxşaxəli fəaliyyətin arxasında vətən sevgisi, xalqına, onun dilinə böyük məhəbbət dayanır. Məqalədə B.Vahabzadənin bu sahədəki fəaliyyətindən bəhs edilmişdir.