Elmi İş
Yazarlar: Ələkbər Həsən oğlu Cabbarlı
Konular:-
DOI:10.36719/2663-4619/74/7-14
Anahtar Kelimeler:Nakhchivan,Naxçıvan,Tarixi,People,Heydər,Ancient,Əliyevin,Aliyev,Heydar,History,Naxçıvanın,Historical,Soviet,Great,National,Işıqlandırılmış,Supreme,Geniş,Sovetinə,Azerbaijan
Özet: Qədim Şərq sivilizasiyaları ilə sıx bağlı olan Naxçıvan tarixi inkişafın gedişində dərin iz qoymuşdur. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. Qədim diyar olan Naxçıvan ən qədim insanların ilk yaşayış məskənləri olmuşdur. Hətta Naxçıvan barədə Roma və yunan müəlliflərinin əsərlərinə də məlumatlar daxil edilmişdi. Məqalədə qədim Oğuz yurdu Naxçıvanın bütün tarixi dövrlərinə toxunulmuş, ərazisi, tarixi-coğrafi şəraiti işıqlandırılmış, müxtəlif dövlətlərin tərkibində fəaliyyəti, əhalinin işğalçılara qarşı mübarizəsi, ictimai-iqtisadi, mədəni həyatı və s. məsələlər geniş şərh edilmişdir. Eyni zamanda, Naxçıvanın bu günkü tarixi və taleyi də geniş şəkildə işıqlandırılmış, ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən də bəhs edilmişdir. Qeyd edilir ki, 1990-cı il iyunun 22-də Naxçıvan diyarının böyük yetirməsi, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi milli-demokratik hərəkatın yeni mərhələyə qədəm qoymasına səbəb oldu. Naxçıvanlılar Heydər Əliyevin simasında öz xilaskarını tapdı. Tezliklə xalqın yekdil səsi ilə Naxçıvan MSSR Ali Sovetinə, Azərbaycan SSR Ali Sovetinə deputat seçilən Heydər Əliyev respublika əhalisinin güvənc yerinə çevrildi. Beləcə, Naxçıvanda milli oyanışın əsası qoyuldu. Müasir Naxçıvanın hərtərəfli inkişafı müstəqillik dövrünün qiymətli quruculuq və dövlətçilik salnaməsidir.