Sosiologiya.Sosial psixologiya.Siyasət
Yazarlar: Müşviq Mustafayev, Südabə Hüseynova, Günel Aslanova
Konular:-
Anahtar Kelimeler:Adaptasiya,Sosial adaptasiya nəzəriyyələri,Şəxsiyyət,Cəmiyyət,Sosial mühit
Özet: Məqalədə şəxsiyyətin sosial adaptasiyası probleminin tədiqi istiqamətlərinə diqqət yetirilir, sosial adaptasiya ilə bağlı nəzəriyyələr təhlil edilir. Sosial adaptasiyanın psixologiyadakı müasir nəzəriyyələrinin inkişafı xarici alimlərin tədqiqatları vasitəsilə araşdırılır. Sosial adaptasiya ilə bağlı nəzəriyyələrin təhlili əsasında qeyd edilir ki, adaptasiya bu və ya digər dərəcədə şüurlu prosesdir, bu proses əsasında ictimai, təbii, yaxud mədəni mühitə uyğunlaşma baş verir. Bu uyğunlaşma onunla şərtlənir ki, insanların davranışında, münasibətlərində dəyişikliklər yaranır və həmin mühitə uyğun olan əlaqələrin yaranmasına nail olunur. Sosial adaptasiya sosial inkişafın ölçülmə meyarıdır. Başqa sözlə, hər bir insanın sosial inkişafının ölçülməsi meyarı onun digər insanlarla adaptasiya səviyyəsidir. Adaptasiya prosesi bu və ya digər orqanın, mexanizmin funksiyalarının yenidən təşkili ilə əlaqələndirilir ki, bu da şəxsiyyət və mühitin adekvatlığına, yenilənmiş bacarıq, vərdiş və keyfiyyətlərə yiyələnməyə səbəb olur. Bu proses fərdə aktual tələbatları ödəmək və onunla bağlı olan əhəmiyyətli məqsədləri həyata keçirməyə imkan yaradır, eyni zamanda da insanın psixi fəaliyyətinin, onun davranışının mühitin tələbləri ilə uzlaşmasını təmin edir. Sosial adaptasiya nəzəriyyələrinin təhlilindən belə nəticə çıxarmaq olar ki, insanın adaptasiyası prosesini insanı fəaliyyətin subyekti kimi “bioloji və psixi xassələrin əsasında inkişaf edən və fərdin tərbiyə olunduğu və yaşadığı mədəniyyətin və cəmiyyətin strukturunun təsiri nəticəsində meydana çıxan, onun davranışına təsir göstərən sabit xüsusiyyətlərin kompleksi” kimi nəzərdən keçirmək olar.